"Zirə" legioner futbolçunu heyətinə qatıb

2 gun evvel 11

2024/2025 mövsümünə hazırlaşan "Zirə" yeni futbolçu ilə anlaşıb.

Oxu.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, paytaxt təmsilçisi Norveçin "Jerv" klubundan Ange Mutsinzini transfer edib.

Ruandalı müdafiəçi ilə üç illik müqavilə bağlanıb.

Qeyd edək ki, 26 yaşlı futbolçu karyerası ərzində ölkəsinin "Muhanqa", "Rayon Sports", APR, Portuqaliyanın "Trofense" klublarında da çıxış edib. O, Ruanda millisinin heyətində 16 matça çıxıb.