Galaxy S24 seriyası yerli şəbəkə mağazalarında satışa çıxdı!

3 ay evvel 1095

Ötən günlərdə qlobal bazarda təqdim edilən və ən çox diqqət çəkən smartfon seriyalarından biri olan Galaxy S24 seriyası artıq yerli şəbəkə mağazalarında satışa çıxdı. Samsung brendinin flaqman smartfon seriyası yeni AI xüsusiyyətləriən sürətli prosessor ilə qarşımıza çıxmışdı. Habelə Galaxy S24 Ultra modelinin 100 dollar bahalaşması və düz ekran panelinə sahib olması seriyanın ən vacib yeniliklərindən hesab oluna bilər. Bundan əlavə yeni kamera xüsusiyyətləri və Plus, Ultra modelləri üçün“RAM”-larda təkmilləşdirmə də yeniliklər arasındadır. Qeyd edək ki, Galaxy S24 seriyasının ekranları həmişəkindən daha parlaqdır. Hər bir telefonun reklam edilən pik parlaqlığı 2600 nit təşkil edir ki, bu da Galaxy S23 seriyasından xeyli yüksəkdir. Hətta Galaxy S23 Ultra yalnız 1750 nitdə zirvəyə çatırdı.

Galaxy S24 yerli mağazalarında

İlk öncə Galaxy S24 seriyasının standart modeli hesab olunan Galaxy S24 modelindən başlayaq. Galaxy S24 modeli isə 6,2 düymlük düz ekrana malikdir ki, bu da Galaxy S23-dən 0,1 düym böyükdür. Çərçivələri kiçiltməklə Samsung, eyni ölçülü korpusa bir qədər böyük ekran yerləşdirməyi bacarıb. Bununla belə, digər xüsusiyyətlər dəyişməz olaraq qalıb. Belə ki, FHD+ təsvir ölçüsü, LTPO AMOLED paneli və 1Hz-dən 120Hz-ə qədər dəyişən yeniləmə tezliyi bura daxildir. Galaxy S24 modeli yerli şəbəkə mağazalarında 8-128GB və 8-256GB olmaqla müvafiq olaraq 1809.99 manat və 1949.99 manat qiymət etiketi ilə satışa çıxarılıb. Qeyd edək ki, bəzi mağazalara bu qiymət 1819.99 və 1959.99 olaraq da qeyd oluna bilər. Rəng çeşidləri arasında isə Sarı, Qara, Bənövşəyi, Boz rənglər yer alır.

Galaxy S24 yerli mağazalarında

Seriyanın digər üzvü olan Galaxy S24+ isə bu il 0.1 düym daha böyük ekran ölçüsünə sahib olub və ekran çərçivələri qısalıb. Panel hələ də düzdür və müvafiq olaraq LTPO AMOLED 1-120Hz ekran paneli ilə gücləndirilib. Gorilla Glass Victus 2 Galaxy S24 və Galaxy S24 Plus ekranlarını standart olaraq qoruyur. Onu da qeyd edək ki, Galaxy S24 seriyası bu il 2 fərqli çipset ilə ənənəvi qaydada qarşımızdadır. Ölkəmizdə satışda olan modellər də məhz Exynos 2400 ilə təchiz edilib. Qiymət tərəfində isə Galaxy S24+ modeli 12-256GB yaddaş seçimi ilə 2189.99 manata təklif olunur.

Son olaraq seriyanın ən performanslı modeli olan Galaxy S24 Ultra bu il Snapdragon 8 Gen 3 “for Galaxy” çipsetinə sahib olub. Başlıca olaraq, Galaxy S24 Ultra bu bölmədə böyük dəyişiklik əldə edib. O da düz ekrandır. Xatırlayırsınızsa, Galaxy S22 Ultra-nın şüşə kənarlarında çox dik qıvrımları var idi. Galaxy S23 Ultra isə bir qədər az qıvrımlar ilə çıxarıldı. Galaxy S24 Ultra modelində isə əyrilər tamamilə tərk edildi. Düz panelə keçiddən başqa, Galaxy S24 Ultra-nın qalan xüsusiyyətləri eyni olaraq qald. Təbii ki, buna QHD+ həlli, 1-120Hz yeniləmə tezliyi və 6,8 düymlük ekran daxildir. Qiymət tərəfində isə Galaxy S24 Ultra modeli rəsmi şəbəkə mağazalarında 12-256GB və 12-512GB olmaqla müvafiq olaraq 2779.99 manata və 3059.99 manata satışa çıxarılıb. Habelə rəng seçimləri arasında Titanium Violet, Titanium Gray yer alır.

Keçid

Galaxy S24 seriyası yerli şəbəkə mağazalarında satışa çıxdı! xəbəri ilk olaraq Tedroid saytında yayımlanmışdır. Əsl mənbə bu saytdır.