Ər-Riyadda ABŞ və Ukrayna nümayəndələrinin yeni görüşü keçirilir

3 weeks ago 14

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda ABŞ və Ukrayna nümayəndə heyətlərinin yeni görüşü başlayıb.

Oxu.Az xəbər verir ki, bu barədə "Agence France-Presse" Ukrayna nümayəndə heyətindəki mənbəyə istinadla məlumat paylaşıb.

Agentliyin həmsöhbəti bildirib ki, "əvvəlki kimi amerikalılarla işləyirik".

Agentlik digər təfərrüatı açıqlamayıb.

Xatırladaq ki, martın 24-də Ər-Riyadda 12 saatdan artıq məsləhətləşmələrdən sonra Rusiya və ABŞ nümayəndələrinin görüşü yekunlaşıb.

Read Entire Article