Ələt-Astara magistral yolunda TIR aşıb

3 weeks ago 11

Ələt-Astara magistral yolunun Masallı rayonundan keçən hissəsində avtoqəza olub.

Oxu.Az xəbər verir ki, Astaradan Bakıya doğru hərəkət edən yük avtomobili (TIR) aşdığından həmin istiqamətdə nəqliyyatın hərəkətində müvəqqəti sıxlıq yaranıb. Aşan yük avtomobili ərazidən götürülüb və yol açılıb.

Yük avtomobilinin İrandan Rusiya Federasiyasına tərəvəz məhsulları apardığı bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Əzizə İsmayılova

Read Entire Article