Əli Əsədov: "2024-cü il müstəqillik tariximizdə əlamətdar diplomatik hadisə ilə yadda qaldı"

1 month ago 14

"2024-cü il həm də müstəqillik tariximizdə növbəti əlamətdar diplomatik hadisə ilə yadda qaldı".

Oxu.Az xəbər verir ki, bunu Milli Məclisdə hökumətin hesabatında Baş nazir Əli Əsədov deyib.

O bildirib ki, Azərbaycan D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzv seçilib:

"Təbii ki, bu, beynəlxalq aləmdə ölkəmizin artan nüfuzundan xəbər verir".

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2025-ci il yanvarın 7-də yerli televiziya kanallarına verdiyi müsahibəsində söylədiyi kimi: 2024-cü il iqtisadi inkişaf baxımından uğurlu il olmuşdur və Azərbaycanın iqtisadiyyatı inkişaf etmişdir. Əlbəttə ki, bütün bunların təməlində cənab Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə aparılan düşünülmüş siyasət dayanır.

Hesabat ilində ölkədə:

- 126.3 milyard manatlıq və ya 2023-cü illə müqayisədə real ifadədə 4.1% çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

- 2024-cü ildə ÜDM istehsalı neft-qaz sektorunda 0.3%, qeyri neft-qaz sektorunda isə 6.2% artıb.

- qeyri neft-qaz sənayesi 7.3% artıb.

- əhalinin hər nəfərinə düşən ÜDM isə 3.6% artaraq 12.4 min manat (7.3 min ABŞ dolları) təşkil edib", - deyə baş nazir əlavə edib.

Mərahim Nəsib

Read Entire Article