Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynada atəşkəsə hazırlıq müddətini açıqlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Strana.ua" nəşri məlumat yayıb.
O bildirib ki, münaqişə zonasında atəşkəsə hazırlıq prosesi bir aydan çox davam edə bilər.
Ukrayna rəhbəri həmçinin qeyri-müəyyən atəşkəs ideyasına qarşı çıxıb.
"Hərbi əməliyyatların dayandırılmasına dair razılaşmada müddətin aydın şəkildə müəyyən edilməsi son dərəcə vacibdir", - Zelenski vurğulayıb.
Martın 15-də Zelenski sülh danışıqlarına hazırlıq üçün nümayəndə heyətinin tərkibini təsdiqləyib. O, döyüşlərin yalnız müəyyən müddətə dayandırılmasında təkid edib.