Zaqatalada üç avtomobil toqquşub, ölən və xəsarət alanlar var

1 month ago 19

Zaqatalada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az "Report"a istinadla xəbər verir ki, hadisə rayonun Muxax kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Mercedes", VAZ-2121, həmçinin inkassator maşınlarının toqquşması nəticəsində sürücülərdən biri ölüb. Qəza zamanı xəsarət alanların olduğu bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Read Entire Article