Zaqatalada motosiklet avtomobillə TOQQUŞDU: Ölən var

1 month ago 11

Zaqatalada baş verən yol qəzasında ölən və xəsarət alan şəxslərin kimlikləri məlum olub.

Oxu.Az xəbər verir ki, Elçin Məmmədovun idarə etdiyi QAZ markalı avtomobil və 1961-ci il təvəllüdlü İsmayıl Əminovun idarə etdiyi motosiklet toqquşub. Nəticədə motosikletin sürücüsü, 1961-ci il təvəllüdlü İsmayılov Əminov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

20:24

Zaqatala rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az "Report"a istinadən xəbər verir ki, qəza axşam saatlarında Zaqatala-Qax avtomobil yolunun rayonun Muxax kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, QAZ-3110 və motosiklet toqquşub. Hadisə nəticəsində motosikletin sürücüsü aldığı xəsarətdən ölüb.

Faktla bağlı araşdırma aparılır.

Read Entire Article