Yevlaxda 17 yaşlı oğlan qətlə yetirildi: Saxlanılanlar var

1 month ago 15

Yevlaxda 17 yaşlı oğlanı qətlə yetirməkdə şübhəli bilinən şəxlər saxlanılıblar.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən 2009-cu il təvəllüdü Həsən Mustafalı və 2007-ci təvəllüdlü Rəhim Quliyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil veriliblər.

19:28

Yevlaxda 17 yaşlı oğlan qətlə yetirilib, bir nəfər bıçaqlanıb.

Oxu.Az "Report"a istinadən məlumat verir ki, 2008-ci il təvəllüdlü Ayxan Quliyev mübahisə zəminində ürək nahiyəsindən aldığı bıçaq xəsarətindən hadisə yerində dünyasını dəyişib.

Daha bir nəfər, 2007-ci il təvəllüdlü Əli Zülfüqarlı isə bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Hadisənin təfərrüatları hələ məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Read Entire Article