Yeddi yaşlı Mələyin yaşaması üçün sizin köməyinizə ehtiyacı var

2 weeks ago 10

Yeddi yaşlı Mələyin yardımsevər şəxslərin köməyinə ehtiyacı var.

Bu barədə Oxu.Az-a onun anası Könül Həsənli məlumat verib.

O bildirib ki, övladı üç ildir qaraciyər sirrozundan əziyyət çəkir.

"Üç ildir onun üçün əlimizdən gələn hər şeyi etmişik. İllərdir gəzmədiyimiz xəstəxana, getmədiyimiz həkim qalmadı. Hazırda Mələyin müalicələrini Türkiyədə həkim nəzarəti ilə edirik. Onun bir kurs müalicəsi üçün bizim 4 500 dollara ehtiyacımız var. Bu məbləğin 2 500 dollarını toplasaq da, qalan məbləğimiz hələ də çatışmır".

Gənc ana övladının müalicəsi üçün dəstəyə ehtiyacları olduğunu deyib.

"İnanın, bu üç ildə əlimizdə olan hər şeyi satmışıq. Nə satılacaq qızılımız, nə də maşınımız qalıb. Həkimlər müalicələri vaxtında edərsək, Mələyin vəziyyətini stabil tuta biləcəklərini deyirlər. Yardımsevər şəxslərdən qızımın yaşamasına dəstək olmalarını xahiş edirəm".

Ailə ilə əlaqə: (055) 258-30-05.

Beynəlxalq Bank: 5522 0993 6798 0489.

Read Entire Article