Yasamalda iki avtomobil TOQQUŞDU: Maşınlar yararsız hala düşdü

1 month ago 11

Bakının Yasamal rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, "Renault Megane" və "Mercedes" markalı avtomobillər toqquşaraq yararsız hala düşüb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Rüstəm Əhmədli Oxu.Az-a açıqlamasında faktı təsdiqləyib.

"Hadisə martın 17-si, saat 00:05-də A.Şərifzadə küçəsi ilə Ə.Əhmədov küçələrinin kəsişməsində qeydə alınıb. 99-MB-301 dövlət nömrə nişanlı "Renault Megane" və 99-NE-093 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobillər toqquşublar. Hadisə nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır", - R.Əhmədli qeyd edib.

Əzizə İsmayılova

Read Entire Article