Yasamalda azyaşlı azdı, polis hərəkətə keçdi

2 hefte evvel 12

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün səhər saatlarında azyaşlının valideynlərdən xəbərsiz evlərindən çıxması, azaraq başqa ünvana getməsi ilə bağlı sosial şəbəkədə videogörüntü yayımlanıb. Qeyd olunub ki, uşaq yataq paltarında məhəllə sakinlərinin diqqətini çəkib və onun valideynləri axtarılır.

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinə (DİN) sorğu ünvanladıq. DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Lumu İsrəfilli Oxu.Az-ın sorğusuna cavab olaraq bildirdi ki, azyaşlı artıq ailəsinə təhvil verilib.

“Yasamal rayonunda vətəndaşlar tərəfindən tapılan azyaşlı ərazi üzrə polis bölməsinə gətirilib. Polis əməkdaşları tərəfindən azyaşlının valideynləri qısa zamanda müəyyən edilib və o, ailəsinə təhvil verlib. Araşdırma zamanı azyaşlının nəzarətsiz qaldığı üçün yaşadığı evdən getdiyi və bundan sonra vətəndaşlar tərəfindən tapıldığı məlum olun”, - deyə L.İsrəfilli bildirib.

Əzizə İsmayılova