Xocəsən qəsəbəsində sərnişin avtobusu QƏZASI: Sürücü xəsarət alıb

1 month ago 17

"Xocəsən qəsəbəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı avtobusun sürücüsü xəsarət alıb".

Bunu Oxu.Az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev deyib.

"Hadisə bu gün saat 11:15-də Binəqədi-Xocəsən avtomobil yolunun Sulutəpə qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

İlham Həsənovun idarə etdiyi "Isuzu" markalı 50-CO-578 dövlət qeydiyyat nişanlı 506 nömrəli müntəzəm marşrut xəttinə məxsus avtobusla Anar Məmmədovun idarə etdiyi BMW markalı 99-VL-781 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub. Qəza nəticəsində avtobusun sürücüsü xəsarət alıb.

Yol-nəqliyyat hadisəsi BMW markalı avtomobilin sürücüsü yolda geriyə dönmə əməliyyatı yerinə yetirərkən baş verib. Əraziyə DYP əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır", - deyə M.Ağayev bildirib.

17:30

Binəqədi rayonunun Xocəsən qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, 506 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobus BMW markalı avtomobilə, bundan sonra isə yolayrıcı maneəyə çırpılıb.

Hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

Hadisə yerindən görüntünü təqdim edirik:

Əzizə İsmayılova

Read Entire Article