Xırdalanda "Kristal Abşeron" yaşayış binasında yanğın başlayıb.
Oxu.Az "Report"a istinadla xəbər verir ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunublar.
Hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır.
FHN-in Mətbuat Xidmətindən bildirilib ki, nazirliyin "112" qaynar xəttinə Abşeron rayonu, Xırdalan şəhərində yanğın baş verməsi ilə əlaqədar məlumat daxil olub:
"Dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin əməkdaşları və texnikası cəlb olunub. Hazırda ərazidə yanğının söndürülməsi istiqamətində işlər aparılır. Əlavə məlumat veriləcək".