Xırdalanda 65 yaşlı qadın səkkizinci mərtəbədən yıxılıb öldü

2 weeks ago 7

Dünən axşam saatlarında Abşeron rayonu, Xırdalan şəhərində ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Oxu.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, saat 17 radələrində 1960-cı il təvəllüdlü Həmidə Quliyeva yaşadığı çoxmərtəbəli binanın 8-ci mərtəbəsindəki mənzilin pəncərəsindən yıxılıb. Qadın hadisə yerində vəfat edib.

Onun pəncərəni silərkən ehtiyatsızlıqdan yıxıldığı bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Read Entire Article