Əşyaların İnterneti platforması (AIoT) ilə əlaqələndirilən istehlakçı elektronikasının və “ağıllı” cihazların istehsalı üzrə dünya lideri olan “Xiaomi” şirkəti elektriklə çalışan yeni innovativ skuter olan “Xiaomi Electric Scooter 5 Max”ı təqdim edib.

“Xiaomi”nin AIoT portfoliosunu tamamlayan yeni məhsul şirkətin şəhər mühitində rahat və “ağıllı” hərəkət etmək üçün qabaqcıl həllər yaratmaq səylərini əyani nümayiş etdirir. “Xiaomi Electric Scooter 5 Max” skuterinin Azərbaycanda satışına 15 aprel tarixindən start verilib.
“Xiaomi Electric Scooter 5 Max”: daha ağıllı, daha komfortlu!
Elektriklə çalışan “Xiaomi Electric Scooter 5 Max” skuteri, öndə ikili hidravlik yaya və arxada ikili yaya malik təkmilləşdirilmiş asqı sistemi sayəsində şəhər mühitində səyahətləri yeni səviyyəyə yüksəldir. Bu sistem rəvan hərəkəti təmin edir, əl və ayaqların yorğunluğunu və keyləşməsini azaldır, hətta nahamar yollarda belə ümumi komfort səviyyəsini artırır. Bundan əlavə, təkmilləşdirilmiş asqı sistemi hissələrin aşınmasını azaldır və skuterin istismar müddətini uzadır ki, bu da istifadə etibarlılığını və davamlılığını təmin edir.
Elektriklə çalışan “Xiaomi Electric Scooter 5 Max” skuteri enerjinin “ağıllı” rekuperasiya sistemi ilə təchiz edilib ki, bu sistem hərəkətdən əldə olunan enerjini elə yolda olarkən batareya şarjına çevirir. Skuter avtomatik olaraq yolun maililiyini müəyyən edir, rəvan və komfortlu eniş üçünrekuperasiya səviyyəsini tənzimləyir. “Ağıllı” parklama funksiyası sayəsində skuter həmçinin əl dəstəyi olmadan müvəqqəti olaraq enişdə dayana bilir ki, bu da müxtəlif yerlərdə əlavə sabitliyi və rahatlığı təmin edir.
1000 Vt¹⁵ gücündə motor qısa zamanda 25 km/saat¹⁶ sürət yığmağa və 22%-dək¹⁷ maililiyə malik yoxuşları asanlıqla qət etməyə imkan verir ki, bu da şəhər mühitində səfərləri sadə və komfortlu edir. 120 kq-dək¹⁷ maksimum yüklənmə əksər istifadəçilər üçün uyğundur.
Böyüdülmüş ayaq platforması səfərə sabitlik qatır, uzadılmış sükan isə idarəetməni asanlaşdırır. Daha hündür sükan sütunu müxtəlif boylu insanlar üçün komfortlu istifadəni təmin edir. 60 km-dək¹⁸ gediş ehtiyatı skuteri daha az şarj etməyə imkan verir, sürətli şarj funksiyası sayəsində isə batareya cəmi 3 saat¹⁹ ərzində tam bərpa olunur.




Elektriklə çalışan “Xiaomi Electric Scooter 5 Max” skuteri səthi yaş yollarda yüksək sabitlik təmin edən dartıya nəzarət sistemi (TCS) ilə təchiz edilib. Giroskopik sensor və kontrollerin intellektual alqoritmi sayəsində skuter avtomatik olaraq təkərlərin boş fırlanmasını müəyyən edir və mühərriyin gücünü tənzimləyir. Bu, yana sürüşmənin qarşısını almağa kömək edir və yol ilə ilişməni artırır ki, bu da səfərləri daha təhlükəsiz və inamlı edir.
Bundan əlavə, avtomatik işıqlandırma rejimi zəif işıqlandırma şəraitində ön faranı və arxa işığı yandırır²⁰, platformanın yeni alt işıqlandırması isə yolun qaranlıq hissələrində görünüşü əlavə olaraq yaxşılaşdırır, hərəkət zamanı təhlükəsizliyi təmin edir.
Qiymət və əlçatanlıq
Modellər və qiymətlər:
- Xiaomi Electric Scooter 5 Max – 1399,99 AZN
Haradan əldə etmək olar:
Elektriklə çalışan “Xiaomi Electric Scooter 5 Max” skuterlərini eksklüziv olaraq “Kontakt” mağazalar şəbəkəsində əldə etmək mümkündür.
Məsuliyyətdən imtina:
¹⁵ Mühərriyin maksimum gücü 1000 Vt təşkil edir. Real göstəricilər istifadə şərtlərindən asılı olaraq fərqlənə bilər.
¹⁶ Maksimum sürət ölkə və ya regiondan asılıdır və yerli qanunlarla tənzimlənir. Ətraflı məlumatı mi.com/global saytından əldə edə bilərsiniz. Məlumatlar “Xiaomi” laboratoriyalarında əldə edilmişdir; real göstəricilər fərqlənə bilər.
¹⁷ Məlumatlar “Xiaomi” laboratoriyalarında əldə edilmişdir; real göstəricilər istifadə şərtlərindən asılı olaraq fərqlənə bilər.
¹⁸ Gediş ehtiyatı tam şarj olunmuş vəziyyətdə, düz yolda 75±5 kq yüklə, sabit 15 km/saat sürətlə, (25±5)°C temperatur və ≤3 m/s külək sürətində şarj tam boşalanadək test edilmişdir. Faktiki göstəricilər fərqlənə bilər.
¹⁹ Sürətli şarj cihazı ayrıca əldə edilir. Kənar brendlərin şarj cihazları dəstəklənmir. Məlumatlar “Xiaomi” laboratoriyalarında əldə edilmişdir; real göstəricilər istifadə şərtlərindən asılı olaraq fərqlənə bilər.
²⁰ Avtomatik işıqlandırma funksiyası əl ilə aktivləşdirilməlidir. Skuterdə işıqlandırmanı əl ilə tənzimləyərkən avtomatik rejim müvəqqəti olaraq söndürülür, cihaz yenidən işə salındıqdan sonra yenidən aktivləşdirilir.
Xiaomi Electric Scooter 5 Max Azərbaycan bazarında satışda! xəbəri ilk olaraq Tedroid saytında yayımlanmışdır. Əsl mənbə bu saytdır.