Vaşinqtonda keçirilən mitinqin iştirakçıları ABŞ Prezidenti Donald Trampın elm sahəsinə ayrılan vəsaitin azaldılması üzrə siyasətinin əleyhinə çıxış edirlər.
Oxu.Az "RİA Novosti"yə istinadla xəbər verir ki, etiraz iştirakçıları Vaşinqtonda Linkoln Memorialı qarşısında toplaşıblar.
Onlar İlon Maskın başçılıq etdiyi Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) bağlanmasını da tələb ediblər.
Mitinqlərin ABŞ-nin başqa şəhərlərində də keçirildiyi bildirilir.