Valentina Matviyenko: "Azərbaycan gənclərinin Rusiya təhsil təqaüdü proqramlarına marağı böyükdür"

1 month ago 13

"Mən Azərbaycanda Rus dilinin və mədəniyyətinin inkişafındakı səylərinə görə, Azərbaycan rəhbərliyinə və birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edirəm".

Oxu.Az xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan Rusiya Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşündə deyib.

O bildirib ki, Azərbaycan gəncləri Rusiyanın təhsil təqaüdü proqramlarına marağı böyükdür:

"Əgər təqaüd proqramlarının sayını artırmaq lazımdırsa, biz buna hazırıq. Mən qonaqpərvərliyə görə sizə təşəkkür edir, müsəlmanlar üçün müqəddəs olan bayram münasibətilə hər kəsi təbrik edirəm".

Mərahim Nəsib

Read Entire Article