ÜST rəhbəri dünyanı yeni pandemiyaya hazırlıq görməyə çağırıb

2 weeks ago 8

"Artıq sabah dünyada təhlükəli bir xəstəliyin yeni pandemiyası başlaya bilər".

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus xəbərdarlıq edib.

O, ölkələri pandemiyanın qarşısının alınması üzrə saziş üzərində işi aktivləşdirməyə çağırıb.

Qebreyesus ÜST-ə üzv ölkələrin səfirləri qarşısında çıxış edərək bildirib ki, münaqişələr, geosiyasi və iqtisadi təlatümlər fonunda COVID-19 pandemiyası indi bir xatirə kimi görünür.

"Ancaq növbəti pandemiya ortalığın sakitləşməsini gözləməyəcək. Bu, 20 il sonra və ya daha gec, ya da sabah baş verə bilər. Biz hazır olmalıyıq", - deyə Qebreyesus bildirib.

Read Entire Article