UEFA Millətlər Liqasında pley-off oyunları keçirilir.
Oxu.Az xəbər verir ki, Türkiyə millisi ilk qarşılaşmada "Rams Park" stadionunda (İstanbul) Macarıstan seçməsini qəbul edib.
Matç ay-ulduzlu komandanın inamlı qələbəsi ilə yekunlaşıb. Meydan sahiblərinin üç qolundan qonaqlar yalnız birinin əvəzini çıxmağı bacarıblar - 3:1.
Cütlük arasında cavab görüşü martın 23-də Budapeştdəki "Puşkaş Arena"da baş tutacaq. Qalib komanda turnirin A liqasında mübarizə aparmaq hüququ qazanacaq.