UEFA Konfrans Liqasında yarımfinal görüşləri start götürür

2 hefte evvel 9

Bu gün UEFA Konfrans Liqasında yarımfinalın ilk görüşləri keçiriləcək.

Məlumata görə, “Aston Villa” (İngiltərə)  - “Olimpiakos”la (Yunanıstan), “Fiorentina” (İtaliya) - “Klub Brügge” (Belçika)  ilə qarşılaşacaq.

“Aston Villa” - “Olimpiakos” görüşünü meydan sahiblərindən Buendiya, Kamara, Minqz, Moreno, Remsi və Zanyolo zədə, qapıçı Emiliano Martines isə cəzalı olduğundan buraxmalı olacaqlar. Qonaqlarda da itkilər var. Ntoi və Masuras cəzalı, Fadiqa isə zədə üzündən komandasına kömək edə bilməyəcəklər.

“Fiorentina” - “Klub Brügge” komandaları isə görüşə itkisiz çıxacaqlar.

“Aston Villa” - “Olimpiakos”

Baş hakim: Marko Quida (İtaliya)

Stadion: “Villa Park” (Birmingem)

“Fiorentina” - “Klub Brügge”

Baş hakim: Maykl Oliver (İngiltərə)

Stadion:  “Artemio Françi” (Florensi)

Qeyd edək ki, hər iki görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.