UEFA Çempionlar Liqası: Son dörddəbir finalçılar bəlli olacaq

3 weeks ago 12

Bu gün UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinə yekun vurulacaq.

Oxu.Az xəbər verir ki, son oyun günündə Bakı vaxtı ilə saat 21:45-də "Lill" klubu "Borussiya Dortmund"u qəbul edəcək.

Bakı vaxtı ilə gecəyarısı "Arsenal" klubu PSV ilə, "Aston Villa" klubu "Brügge" ilə, "Atletiko Madrid" isə "Real Madrid"lə qarşılaşacaq.

Qeyd edək ki, artıq "Barselona", "İnter", "Bavariya" və PSJ klubları 1/4 finala vəsiqə qazanıblar.

UEFA Çempionlar Liqası

1/8 final mərhələsi

12 mart

Saat 21:45, "Lill" - "Borussiya Dortmund" (ilk görüş 1:1).

13 mart

Saat 00:00, "Arsenal" - PSV (ilk görüş 7:1);

Saat 00:00, "Aston Villa" - "Brügge" (ilk görüş 3:1);

Saat 00:00, "Atletiko Madrid" - "Real Madrid" (ilk görüş 1:2).

Read Entire Article