UEFA Avropa Liqasında dörddəbir final görüşləri nə zaman keçiriləcək?

1 month ago 12

UEFA Avropa Liqasında 1/4 final mərhələsinin bütün cütləri aprelin 10 və 17-də baş tutacaq.

Oxu.Az xəbər verir ki, "Fənərbağça"nı mübarizədən kənarlaşdıran "Reyncers" bu mərhələdə iki oyunun nəticəsinə görə "Roma"dan üstün "Atletik"lə qarşılaşacaq. "Qarabağ"ın liqa mərhələsində məğlub etdiyi "Budyo Qlimt" klubu "Latsio"ya müqavimət göstərməyə çalışacaq.

"Mançester Yunayted" klubu "Lion"la üz-üzə gələcək. Ağdam klubunun liqa mərhələsindəki başqa bir rəqibi "Tottenhem" isə "Ayntraxt"a rəqib olub.

Avropa Liqası: 1/4 final cütləri

"Budyo Qlimt" - "Latsio";

"Tottenhem" - "Ayntraxt Frankfurt";

"Reyncers" - "Atletik Bilbao";

"Lion" - "Mançester Yunayted".

Read Entire Article