Ucarda şəxsi iş yerində elektrik cərəyanı vurdu: Cinayət işi açıldı

1 hefte evvel 14

Kəlbəcər rayon sakini 1999-cu il təvəllüdlü Elvin Tağıyev iş zamanı aldığı xəsarətlərdən mayın 7-də müalicə aldığı xəstəxanada ölüb.

Oxu.Az xəbər verir ki, bu barədə Ucar Rayon Prokurorluğu məlumat yayıb.

Araşdırmalarla “Electro-İndustries” QSC-nin elektrik quraşdırıcısı vəzifəsində işləmiş Elvin Tağıyevin aprelin 29-da “Mingəçevir REŞ” MMC-nin Ucar yarımstansiyasında aparılan yenidənqurma işləri zamanı elektrik cərəyanı vurması nəticəsində almış olduğu xəsarətlərdən mayın 7-si müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Ucar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, ibtidai istintaq davam etdirilir.