Türkiyə sahillərində qayıq batıb: Ölənlər var

1 week ago 9

Egey dənizində Türkiyə sahillərində qanunsuz miqrantları daşıyan qayıq batıb. Ən azı beş nəfər ölüb, 25 nəfər xilas edilib.

Oxu.Az xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb.

Qeyd olunub ki, dənizkənarı Ayvacık qəsəbəsi yaxınlığında baş vermiş insidentlə bağlı siqnal daxil olduqdan dərhal sonra Türkiyə sahil mühafizəsinin xilasetmə bölmələri fövqəladə hadisə yerinə göndərilib. Zərərçəkmişlər Çanaqqala və Balıkesir əyalətlərindəki xəstəxanalara aparılıb.

Read Entire Article