Türkiyə nəhənglərindən olan klub baş məşqçi postuna Arda Turanı gətirmək niyyətindədir

1 month ago 13

Türkiyə nəhənglərindən sayılan "Trabzonspor" klubu Arda Turanın komandaya başçılıq etməsini istəyir.

Oxu.Az "Fanatik" nəşrinə istinadən xəbər verir ki, Şenol Güneşin performansından razı qalmayan "Trabzonspor" rəhbərliyi cari mövsümün sonunda Arda Turanla danışıqlara başlamaq niyyətindədir.

Bu mövsüm "Eyüpspor" klubu ilə uğurlu nəticə göstərən Arda Turan "Trabzonspor"un təklifini cavabsız qoyub.

Qeyd edək ki, Arda Turan 2023-cü ilin aprelindən bu yana "Eyüpspor" klubunun baş məşqçisi postunda çalışır. Təcrübəli baş məşqçi komandanı I Liqadan Türkiyə Superliqasına yüksəldib.

Read Entire Article