Türkiyə Mərkəzi Bankı valyuta bazarına yönəlmiş yeni bir addım adıb.
Oxu.Az Türkiyə mediasına istinadən xəbər verir ki, yeni qəbul edilən qərarla Mərkəz Bank birgünlük kredit üzrə faiz dərəcəsini 46%-ə qaldırıb.
Bununla belə, bir həftəlik müddətli repo faiz dərəcəsi 42.5% səviyyəsində dəyişməz saxlanılıb.
Qeyd edək ki, bu addımlar türk lirəsinin ucuzlaşmasının qarşısını almağa yönəlib.