Türkiyə Kuboku: "Fənərbağça" - "Qalatasaray" matçının keçiriləcəyi tarix və saat BƏLLİ OLDU

1 month ago 12

Futbol üzrə Türkiyə kubokunda 1/4 final mərhələsi çərçivəsində "Fənərbağça" - "Qalatasaray"a rəqib olub.

Oxu.Az xəbər verir ki, derbinin baş tutacağı tarix bəlli olub.

Bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb.

"Ülker Arena"da baş tutacaq "Fənərbağça" - "Qalatasaray" matçı aprelin 2-də keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.

Qeyd edək ki, dörddəbir final mərhələsinin matçları tək oyundan ibarət olacaq və cavab oyunu keçirilməyəcək.

Türkiyə Kuboku

1/4 final

1 aprel

Saat 21:30, "Konyaspor" - "İskəndərunspor".

2 aprel

Saat 18:45, "Trabzonspor" - "Bodrum";

Saat 21:45, "Fənərbağça" - "Qalatasaray".

3 aprel

Saat 21:30, "Beşiktaş" - "Göztəpə".

Read Entire Article