Türkiyə DİN başçısı: "İcazəsiz aksiyalarda 343 nəfər saxlanılıb"

4 weeks ago 9

"Ötən gecə Türkiyənin müxtəlif şəhərlərində icazəsiz keçirilmiş aksiyalar zamanı 343 şübhəli saxlanılıb".

Oxu.Az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya "X" sosial şəbəkə hesabında məlumat verib.

Onun sözlərinə görə, İstanbul meri Ekrem İmamoğlunun saxlanılması ilə əlaqədar olaraq, ötən gecə İstanbul, Ankara, İzmir, Adana, Çanakkale, Eskişehir, Konya və Ədirnədə icazəsiz keçirilən aksiyalarda 343 şübhəli saxlanılıb:

"İctimai asayişi pozmağa, millətimizin təhlükəsizliyini təhdid etməyə, çaxnaşma və təxribat arxasınca qaçmağa çalışanlara qətiyyən fürsət verilməyəcək. Polislərimiz gecə-gündüz öz vəzifələrinin başındadırlar".

İstanbul Cumhuriyet Başsavcılığınca yürütülen İstanbul Büyükşehir Belediyesi soruşturması ile ilgili dün gece İstanbul, Ankara, İzmir, Adana, Antalya, Çanakkale, Eskişehir, Konya ve Edirne’de meydana gelen eylemlerde 343 şüpheli yakalandı❗️

Toplumsal düzeni bozmaya, milletimizin…

— Ali Yerlikaya (@AliYerlikaya) March 22, 2025
Read Entire Article