Trampla Zelenskinin mübahisəsinin pərdəarxası: Qəsdən olub?

1 month ago 12

"Volodimir Zelenski ilə Oval kabinetdə mübahisə planın bir hissəsi idi".

Oxu.Az Kp.ru-ya istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp jurnalistlərə deyib.

O bildirib ki, bu, Ukraynanı düzgün addımlar atmağa sövq etmək üçün edilib. ABŞ liderinin sözlərinə görə, vəziyyət çətin idi, lakin indi Kiyev düzgün istiqamətdə hərəkət edir. Tramp, həmçinin əlavə edib ki, ABŞ atəşkəs və sülh sazişi üzərində işləyir.

Tramp vurğulayıb ki, ABŞ-dən silah tədarükünün dayandırılması Ukrayna ordusunun döyüş effektivliyinə təsir etməyib.

Read Entire Article