Trampın köməkçisi: "Ukrayna prezident seçkisi keçirməyə razılıq verib"

4 weeks ago 11

Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff ABŞ-li jurnalist Taker Karlsona müsahibəsində söyləyib ki, Ukrayna rəhbərliyi ölkədə prezident seçkisinin keçirilməsinə razılıq verib.

Oxu.Az bu barədə TASS agentliyinə istinadən məlumat verir.

Belə ki, o, Taker Karlsonun Stiven Uitkoffa ünvanlandığı: "Sizcə, Ukraynada seçki olacaqmı?" - sualına cavabında deyib:

"Bəli, seçki baş tutacaq. Onlar (Ukrayna rəhbərliyini nəzərdə tutaraq) artıq bununla razılaşıblar. Ukraynada seçki keçiriləcək", - deyə D.Trampın köməkçisi vurğulayıb.

Müsahibədə T.Karlson Kremlin mövqeyini də səsləndirib:

"Rusiyanın mövqeyi ondan ibarətdir ki, Ukraynanın hazırkı rəhbəri yeni prezident kimi seçilməyib və buna görə də bu ölkə ilə müqavilə bağlamaq mümkün deyil".

Read Entire Article