Trampın amerikalılar arasında reytinqi rekord həddə çatıb

1 month ago 15

ABŞ Prezidenti Donald Trampın amerikalılar tərəfindən dəstək reytinqi rekord həddə - 47%-ə çatıb.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "NBC News"un apardığı sorğudan məlum olub.

Həmçinin ABŞ-nin inkişaf kursuna dəstək 2004-cü ildən bəri ən yüksək səviyyəyə çatıb.

Ən böyük dəstəyi Trampın miqrasiya siyasəti qazanıb - respondentlərin 56%-i bundan məmnundur. 47% dövlət aparatının radikal şəkildə azaldılmasını təsdiqləyir. 41% prezidentin NATO və Ukrayna ilə bağlı kursunu dəstəkləyir, 40% isə buna görə onu tənqid edir.

Demokratlar Partiyası təsdiq reytinqində tarixi minimumu göstərib. Qeydiyyatda olan seçicilərin yalnız 27%-i və demokratların 59%-i partiyaya müsbət münasibət bəsləyir.

Read Entire Article