Tramp: "USAID fırıldaqçılıqla məşğul olub"

1 month ago 9

Donald Tramp bəyan edib ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) fəaliyyətində genişmiqyaslı saxtakarlıq sxemləri olub.

Oxu.Az xəbər verir ki, bu barədə ABŞ prezidenti "Fox News" telekanalına müsahibəsində bildirib.

"Çox gözəl səslənir - ABŞ Beynəlxalq İnkişaf Agentliyi. Möhtəşəm deyilmi? Ancaq bu, tam bir fırıldaqdır", - deyə Ağ Evin rəhbəri vurğulayıb.

Xatırladaq ki, ABŞ administrasiyası fevralın 3-dən USAID-in fəaliyyətinə qadağalar tətbiq etməyə başlayıb. Hazırda Ağ Ev agentliyin proqramlarının 83 faizinin fəaliyyətini rəsmi olaraq dayandırıb.

Read Entire Article