Tramp: "Hansı ərazilərin Ukraynaya qalıb-qalmayacağını müzakirə edirik"

1 month ago 14

"Birləşmiş Ştatlar Ukrayna ilə münaqişənin nizamlanmasından sonra hansı ərazilərin onda qalacağı, hansı əraziləri itirəcəyini, habelə bu barədə yekun razılaşmanın digər elementlərini müzakirə edir".

Oxu.Az TASS-a istinadla xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Oval kabinetdə NATO-nun baş katibi Mark Rütte ilə görüş zamanı jurnalistlərə deyib.

Onun sözlərinə görə, Ukrayna böhranının aradan qaldırılmasının birinci mərhələsi atəşkəsdir: "Bir çox ayrıca mövzulara artıq baxılıb. Biz ərazi konsepsiyasını müzakirə etdik, çünki bir şeyə gətirib çıxarmayacaqsa, atəşkəsə vaxt sərf etmək istəmirdik".

Read Entire Article