Tomas Müller milli komandadakı karyerasını bitirdi

1 hefte evvel 19

"Bavariya"nın futbolçusu Tomas Müller Almaniya millisindəki karyerasını başa vurub.

Oxu.Az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.

Tomas Müller 2010-cu ildən yığmanın formasını geyinir və 2014-cü ildə dünya çempionu olub.

O, 2022-ci ildə Qətərdə keçirilən mundialdan sonra milli ilə vidalaşdığını açıqlasa da, yenidən komandaya qayıtmışdı.

Qeyd edək ki, Almaniya millisi AVRO-2024-ün 1/4 finalında əlavə vaxtda İspaniyaya uduzub və turnirlə vidalaşıb - 1:2.