Teylor Sviftin konsert-filmi 2023-cü ilin ən yaxşı 20 ekran əsəri arasında

6 ay evvel 1142

Virtual karabakh

yuxarı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Teylor Sviftin “Taylor Swift: The Eras Tour” adlı konsert filmi 15 milyon dollarlıq (25,5 milyon manat) büdcə ilə dünya üzrə 250 milyon dollar (425 milyon manat) qazanıb.

Beləliklə, ekran əsəri 2023-cü ilin ən çox gəlir gətirən 20 filmi sırasına daxil olub.

Qeyd olunur ki, bu, həm də bütün zamanların ən uğurlu konsert filmi olacaq.

Film oktyabrın 13-də nümayiş olunub və ilk həftəsonu Martin Skorsezenin yeni filmi “Killers of the Flower Moon”u geridə qoya bilib. Hələ sentyabr ayında ekspertlər bildiriblər ki, “Taylor Swift: The Eras Tour” konsertinin kinoteatr versiyası 150 milyon dollara (25,5 milyon manat) çata və Şimali Amerikada bu məbləği keçə bilər.

Eyni zamanda, dünya rekordçusu hələ də müğənninin uğursuz geridönüşünün məşqlərinə həsr olunmuş “Michael Jackson: That's All” filmidir. 2009-cu ildə film dünya üzrə kassada 261,2 milyon dollar (444,04 milyon manat) qazanıb. Eyni zamanda, ABŞ-də Sviftin filminin nümayişindən əvvəl ən uğurlu konsert filmi “Justin Bieber: Heç vaxt “heç vaxt” demə” filmi hesab olunub. Bu film 2011-ci ildə yerli kassada 73 milyon dollar, dünya üzrə isə 99 milyon dollar qazanıb.

Həmçinin vurğulanıb ki, “Taylor Swift: The Eras Tour” noyabrın 30-da kinoteatrlara qayıdacaq. Bununla paralel olaraq, Beyonsenin “Renessans” turuna həsr olunmuş konsert filmi də nümayiş olunacaq.

Mənbə: The Hollywood Reporter