Tarixdə ən çox qol vuran futbolçuların siyahısı təqdim olundu

3 gun evvel 8

Futbol tarixində milli çempionatların yüksək liqalarında 400 və daha çox qol vuranların siyahısı açıqlanıb.

Məlumata görə, cədvəldə 18 futbolçunun adı qeyd olunub.

Siyahıya hesabında 604 qol olan Pele başçılıq edir. 2-ci yerin sahibi isə 573 qolla niderlandlı hücumçu Abe Lenstradır. Kriştianu Ronaldu 3-cü, Lionel Messi 7-cidir.

Siyahını təqdim edirik:

1. Pele (Braziliya) - 604

2. Abe Lenstra (Niderland) - 573

3. Kriştianu Ronaldu (Portuqaliya) - 547

4. Romario (Braziliya) - 545

5. Ferens Puşkaş (Macarıstan, İspaniya) - 516

6. Yosef Biscan (Avstriya, Çexoslavakiya) - 515

7. Lionel Messi (Argentina ) - 509

8. Roberto Dinamite (Braziliya) - 476

9. Fernando Peyroteo (Portuqaliya) - 464

10. Uve Zeeler (Almaniya) - 447

11. Albert de Cleyn (Belçika) - 428

12. Qyula Jengeller (Macarıstan) - 415

13. İmre Şlosser (Macarıstan) - 413

14. İsidro Lanqara (İspaniya) - 411

15. Ziko (Braziliya) - 410

16. Cimmi Makqrori (Şotlandiya) - 407

17. Herd Müller (Almaniya) - 405

18. Luis Suares (Uruqvay) - 400.

Mənbə: İFFHS.com