Şəkidə QƏZA: Ölən var

3 weeks ago 8

Şəkidə yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın məlumatına görə, bu gün gecə saat bir radələrində Şəki-Qax avtomobil yolunun Şəki rayonunun İnçə kəndindən keçən hissəsində İsmayıl Piriyev idarə etdiyi " Opel" markalı avtomobillə yolu keçən piyada, 1956-cı il təvəllüdlü Cəmaləddin Abdullayevi vurub.

Hadisə nəticəsində C.Abdullayev aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu.Az-a bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Read Entire Article