Şəkidə AĞIR QƏZA - Ölənlər var

1 month ago 13

Şəkidə ağır yol-nəqliyyat hadisəsi olub.

Oxu.Az xəbər verir ki, hadisə səhər saat 9 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Suçma kəndi ərazisindən keçən hissəsində baş verib.

Məlumata görə, hadisə nəticəsində "Mercedes" markalı avtomobillə VAZ-2106 markalı avtomobil toqquşub. Qəza zamanı iki nəfər hadisə yerində ölüb.

Daha bir nəfərin isə yaralandığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Murad Həsənov

Read Entire Article