Suriyanın yeni hakimiyyətinə tabe olan təhlükəsizlik qüvvələri ilə ölkənin keçmiş prezidenti Bəşər Əsədin silahlı tərəfdarları arasında toqquşmalar Əl-Laziqiyyə vilayətində yenidən başlayıb.
Bu barədə Oxu.Az "Al-Ikhbaria" telekanalına istinadla xəbər verir.
Yeni hakimiyyət Tartus vilayətində yerləşən Əl-Qadmus şəhərinə əlavə qoşunlar göndərib.
Bundan başqa, Dəraa və Əs-Süveyda vilayətlərində mobil və internet xidmətləri dayandırılıb.