Suriyada ölkə boyu internet kəsilib

3 weeks ago 10

Suriyanın hər yerində internet kəsilib.

Oxu.Az xəbər verir ki, bu barədə beynəlxalq internet monitorinq xidməti "NetBlocks" məlumat yayıb.

Hələlik Suriyanın dövlət qurumları bu məsələni şərh etməyib.

Qeyd edək ki, Suriyada vəziyyət martın əvvəlindən keçmiş prezident Bəşər Əsədin tərəfdarları ilə yeni hökumət qüvvələri arasında toqquşmaların başlaması ilə gərginləşib. Ölkənin Əl-Laziqiyyə, Tartus, Həma və Homs bölgəsində baş verən toqquşmalar nəticəsində mindən çox insan həyatını itirib.

Read Entire Article