Sumqayıtda sərnişin avtobusu piyadanı vuraraq ÖLDÜRDÜ

1 month ago 12

Sumqayıtda naməlum piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az "Report"a istinadən məlumat verir ki, hadisə şəhərin 76-cı məhəlləsində qeydə alınıb.

Sürücü Babək Əliyev idarə etdiyi sərnişin avtobusu ilə yolu keçən piyadanı (şəxsiyyəti dəqiqləşdirilir - red.) vurub.

Ağır xəsarət alan piyada xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Read Entire Article