"Qəzza zolağında münaqişənin nizamlanmasına gedən yol HƏMAS hərəkatının silahsızlaşdırılmasından, real seçkilərin keçirilməsindən və İsrailə Qəzza ilə uzunmüddətli problemlərin olmayacağına zəmanət verə biləcək yeni təhlükəsizlik sisteminin yaradılmasından keçir".
Oxu.Az TASS-a istinadla xəbər verir ki, bunu ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff jurnalist Taker Karlsona müsahibəsində deyib.
Onun sözlərinə görə, İsrailin Qəzzada hərbi əməliyyatları bərpa etməsinə səbəb HƏMAS-ın güzəştə getmək istəməməsi olub:
"Əgər İsrail hesab etsə ki, HƏMAS Qəzzada uzun müddətə qalacaq, o zaman bu münaqişə heç vaxt başa çatmayacaq".