Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkovanın Azərbaycana rəsmi səfəri martın 14-də başa çatıb.
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda Şimali Makedoniya prezidentini Azərbaycanın xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər yola salıblar.