Serbiya millisinin və "Əl-Hilal" klubunun ulduzu ürək probleminə görə xəstəxanaya yerləşdirildi

1 month ago 14

Səudiyyə Ərəbistanının "Əl-Hilal" və Serbiya millisinin hücumçusu Aleksandr Mitroviç ürək probleminə görə xəstəxanaya yerləşdirilib.

Oxu.Az ESPN-ə istinadən xəbər verir ki, 30 yaşlı oyunçunun bud nahiyəsindəki zədə sağaldıqdan sonra komandanın düşərgəsinə qatılıb.

Lakin bazar günü məşq zamanı gərginlik yaşayan Mitroviç sürətli ürək döyüntüsü səbəbindən Ər-Riyaddakı xəstəxanaya aparılıb. Ona rahat şəkildə istirahət etmək tövsiyə olunub.

Qeyd edək ki, A.Mitroviç 59 qolla Serbiya millisinin heyətində ən çox qol vuran futbolçudur O bu mövsüm "Əl-Hilal"ın heyətində 25 matçda 21 dəfə fərqlənib və 3 məhsuldar ötürmə edib.

Read Entire Article