Samsung One UI 7-nin ‘köhnə’ telefonlarında nə vaxt mövcud olacağını açıqlayıb!

1 week ago 5

Samsung şirkətinin uzun müddətdir ki, gözlənilən One UI 7 yeniləməsinin köhnə telefonlara nə vaxt gələcəyi açıqlanıb. Heç vaxt bitməyən bir hekayəyə çevrilən Samsung One UI 7 yeniləməsinin tarixi ilə bağlı yeni bir inkişaf olub.

Samsung One UI

Beləliklə, bir müddətdir beta sınağında olan Android 15 əsaslı One UI 7 yeniləməsinin stabil versiyası ilkin olaraq aprelin 7-də yalnız seçilmiş bölgələrdə yayılmağa başlayacaq. Növbəti həftələrdə isə daha çox telefona çatacaq. Samsung-un Çexiyadakı rəsmi xəbər mərkəzi vasitəsilə elan etdiyi paylama cədvəli belədir:

  • 10 Aprel: Galaxy S24 seriyası, Galaxy Z Fold 6, Galaxy Z Flip 6
  • 14 Aprel və daha sonra: Galaxy S24 FE, Galaxy S23 seriyası, Galaxy Z Fold 5,  Galaxy Z Flip 5
  • Aprel ayının ortaları: Galaxy Tab S10 seriyası
  • 21 Aprel və daha sonra: Galaxy Tab S9  seriyası
  • Aprel ayının sonu: Galaxy Tab S8 seriyası

Bu proqramın rəsmi olaraq Çexiyaya aid olduğu bildirilsə də, çox güman ki, Samsung ABŞ və digər regionlar üçün də oxşar cədvəl təyin edib. Beləliklə, bir neçə həftə sonra yenilənmələrin daha çox region və smartfonlar üçün elan edilməsi xəbərlərini ala bilərik.

Samsung One UI 7-nin ‘köhnə’ telefonlarında nə vaxt mövcud olacağını açıqlayıb! xəbəri ilk olaraq Tedroid saytında yayımlanmışdır. Əsl mənbə bu saytdır.

Read Entire Article