Baku TV Azərbaycan milli futbol komandası ilə bağlı paytaxt sakinləri arasında sorğu keçirib.
Vətəndaşlar "Azərbaycan millisinin oyunundan razısınız?" - sualına münasibət bildiriblər.
Sakinlər "Küçədən 11 nəfər yığsanız, onlardan yaxşı oynayarlar", "Məşqçini dəyişmək əsas deyil, milli ruhda oyunçular olmalıdır, bölgələrdən yığılmalıdır", "Futbolçulara yaradılan şərait aşağı səviyyədədir", "Nə qol vura, nə də oynaya bilirlər. Bəyəniləsi heç nə yoxdur" kimi fikirlər səsləndiriblər.
Ətraflı süjetdə:
Sakinlər futbolçularımızın oyunu barədə nələr danışdılar?