Rusiyanın Berlindəki səfirliyinin vəkili Almaniya XİN-ə çağırıldı

2 hefte evvel 6

Rusiyanın Berlindəki səfirliyinin müvəqqəti işlər vəkili kiberhücumla əlaqədar Almaniya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Bu barədə Almaniya XİN-in nümayəndəsi Kristian Vaqner məlumat verib.

Diplomatın sözlərinə görə, rəsmi Berlin Rusiyanı Almaniya Sosial Demokrat Partiyası İdarə Heyətin üzvlərinin elektron poçtunun şifrəsini sındırmaqda ittiham edib.

Qeyd edək ki, Rusiya tərəfi haker hücumlarında iştirakla bağlı ittihamları dəfələrlə rədd edib. Rəsmi Moskva iddia edir ki, Almaniya hüquq-mühafizə orqanlarından kibercinayətkarların Moskva ilə əlaqələri haqqında heç bir sübut təqdim etməyib.

Mənbə: TASS