Ronaldunun dublu Ər-Riyad derbisinin taleyini həll etdi

2 weeks ago 7

Səudiyyə Ərəbistanı Pro Liqasının 26-cı turu Ər-Riyad derbisi ilə yadda qalıb.

Oxu.Az xəbər verir ki, son çempion "Əl-Hilal" öz meydanında "Ən-Nəsr"i qəbul edib.

Görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 1:3. Portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldu dubla imza atıb. Bununla da, 40 yaşlı hücumçu karyerasındakı qolların sayını 931-ə çatdırıb.

Qələbə sayəsində "Ən-Nəsr" (54 xal) "Əl-Hilal"a (57 xal) bir qədər də yaxınlaşıb. Hazırda klublar qonşu 2-ci və 3-cü pillələrdə qərarlaşıblar.

Çempionata isə bir oyun az keçirməklə 61 xal toplayan "Əl-İttihad" başçılıq edir.

Read Entire Article