Ronaldu 928-ci qolunu vurdu

1 month ago 14

Futbol üzrə Səudiyyə Ərəbistanı çempionatının 25-ci turu çərçivəsində "Ən-Nəsr" - "Əl-Holud" qarşılaşması baş tutub.

Oxu.Az xəbər verir ki, görüş ev sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:1.

Portuqaliyalı ulduz futbolçu "Ən-Nəsr"in heyətində fərqlənərək karyerasında vurduğu qolların sayını 928-ə çatdırıb.

Ev sahibi komandanın digər qollarını Mane və Duran vurublar. Qonaqlardan isə Lacami fərqlənib.

51 xal toplayan "Ən-Nəsr" turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb.

Read Entire Article